Azərbaycan səfirindən İtaliya erməni icmasına cavab

Azərbaycan səfirindən İtaliya erməni icmasına cavabAzərbaycan səfirindən İtaliya erməni icmasına cavab
"Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqətinizi Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəldin".
Bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya erməni icmasına cavabında deyib.
Ötən həftə İtaliyanın mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir" sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını "hiddətləndirib".
İtaliyada yaşayan ermənilər "Roma Erməni İcması Şurası" adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc etmiş mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib. Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının ("Notizie Geopolitiche, "Giornale Diplomatico", "Politicamente Corretto", "Sardegnagol") redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən yayımlanıb.
Məktubunda Azərbaycan səfiri, ilk növbədə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına dair yaradılan şəraitə görə təşəkkür edib.
Yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin "Roma Erməni İcması Şurası" adlı qurum vasitəsilə "cavab" vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.
Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.
Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir.
"Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır", - deyə M.Əhmədzadə vurğulayıb.
Diplomat məktubunu bu fikirlərlə tamamlayıb:
"Erməni icması başa düşməlidir ki, hərdənbir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək demək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək".
Erməni tərəfinin məktubunu dərc etmiş "Giornale Diplomatico" qəzetinə isə M.Əhmədzadə belə cavab verib:
"30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir".  /oxu.az

Siyasi       Tarix: 01 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat