Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTO

Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTODövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən iyunun 14-də 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
"Qafqazinfo" DSX-yə istinadən xəbər verir ki, həmin gün saat 05:55 radələrində Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Hadisə baş vermiş əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı İİR tərəfi dərhal məlumatlandırılıb, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilib. Sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülüb.
Eyni tarixdə saat 03:00 radələrində Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan "Ford" markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması,  avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs sərhəd naryadının "Dayan" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb.
Ağstafa rayon sakini 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilib. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb.
Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTOAzərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTOAzərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTOAzərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTOAzərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTO

Siyasi       Tarix: 16 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri maraqlı xəbərlər son xəbərlər bugün 2026 xeberler bugun 2026