Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) İskele rayon bələdiyyəsinin təşkilatçılığı ilə "Bizim sevgimiz – sizin sevginizdir" adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.
Festivalda ölkəmizi Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyətin rəhbəri Orxan Həsənoğlu bildirib ki, tədbir çərçivəsində Azərbaycan da daxil olmaqla, dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və ölkənin turizm naziri Fikri Ataoğlu festival iştirakçılarına müraciət ediblər. Prezident Ersin Tatar çıxışında Kipr türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. "ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır", - deyə prezident vurğulayıb.
Dövlət başçısı ölkəmizə həsr edilmiş kitabların, broşürlərin, kataloqların, eləcə də suvenirlərin təqdim olunduğu Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.










/ azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat