Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir

Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyirSiyasi ekspert və şərhçilərin qənaətincə Azərbaycan postpandemiya dövrünə əminliklə keçid edən nadir ölkələr sırasındadır. Bir-birini əvəzləyən möhtəşəm tədbirlər - Teknofest 2022, Formula I-Azərbaycan Qranprisi 2022-yə ev sahibliyi etməklə dünyanın nəzərləri gah Bakının səmasına, gah da yollarına dikildi. Siyasi baxışların qara bulud kimi toqquşduğu görüşlər, yerlə göy arasında çarpışmada olan dövlətlərin fonunda Azərbaycan beynəlxalq birliyi qlobal məsələlərin müzakirəsinə dəvət etdi. Eyni sürət və templə iyunun 16-da IX Qlobal Bakı Forumu işə başladı. Mövzusu "Qlobal dünya nizamına təhdidlər" olan forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutdu.
Zərurətdən doğmayan təsadüf yoxdur. Dünya nizamının dağılması ilə nəticələnə biləcək təhdidlərin hökm sürdüyü bir dövrdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə reallaşan forum, əlbəttə ki, yeni yanaşma və konseptlərin işlənib hazırlanmasına töhfəsini verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrildiyini dövlət başçısı qürurla vurğuladı. Forumun açılışında çıxış edən prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik məsələləri beynəlxalq arena və gündəlikdə duran əsas tezisdir. Avropadakı cari vəziyyətlə bağlı açıq müzakirələrin aparılması tələbi, sözsüz ki, rəsmi Bakının mövqeyinin aydın və dəqiq konturlarını şərtləndirir. Azərbaycan prezidentinin "böhran qaçılmazdır və artıq yaxındadır"- ismarıcı beynəlxalq təşkilatları diqqətli olmağa sövq edir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazarın olmasının vacibliyini vurğulayan dövlət başçısı enerji bazarlarındakı mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu dilə gətirdi. Bu da öz növbəsində çağdaş Azərbaycanın işıqlı gələcəyinə hesablanan iqtisadiyyatda dayanıqlı inkişaf konsepsiyası və bu sahədə mütəmadi təhlillərin dövlət fəaliyyətində mərkəzi yer tutduğuna dəlalət edir. 
Forumda Azərbaycan ədalətli mövqeyini dahi mütəfəkkir Nizami Gəncəvinin təbirincə sərgilədi: 
"Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!"  
"Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi" - deyən İlham Əliyev dünya birliyinə bir daha səsləndi ki, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır. Azərbaycan sülh və sabitliyi təkcə özü üçün deyil, regionun da inkişafı naminə istəyir. Atılan addımlar isə qarşılıqlı olmalı, hər iki ölkə gələcəkdə ərazi iddialarından çəkinməlidir. Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl etməsinin vacibliyinə toxunan dövlət başçısı regional sülhün fundamental elementlərinə də tarixi keçid etdi. Zəngəzur dəhlizi!  "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq".
Bəli, Odlar yurdunun mövqeyi, etnokulturuloji birliyin siyasi-ideoloji üfüqləri gün kimi aydındır! Rəsmi Bakı Ermənistandan da eyni addımları gözləyir. Çünki Azərbaycanla əməkdaşlıq dürüstlük, hünər, cəsarət və iradə istər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan forumla bağlı fikirlərimizə dahi şairin aşağıdakı misraları ilə xitam veririk: "İradəsiz olma, iradəsizlər, ayaqsız qurd kimi yerdə sürünər". 
Elnura Cavadzadə Filologiya üzrə elmlər doktoru

Siyasi       Tarix: 20 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun