Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdiOktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr (TDT-də müşahidəçi üzv) prezidentləri iştirak ediblər. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Sammitdə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Türkiyə sədrliyi Azərbaycandan təhvil alır. Təşkilatımızın bu günə qədər qazandığı institusional təcrübəni yeni nailiyyətlərə çevirməyi hədəfləyirik. Qarşıdakı dövrü Türk əsri elan edəcəyik", – deyə Türkiyə Prezidenti bildirib.
Sonra TDT-də dönəm başqanlığını həyata keçirən Azərbaycan adından XİN başçısı Ceyhun Bayramov çıxış edib.
Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti, türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Prezident Kasım-Jomart Tokayev öz növbəsində Qazaxıstan ilə Azərbaycan arasında Transxəzər fiber-optik rabitə xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib.
Qazaxıstanın tranzit potensialını artırmaq üçün xüsusi proqram həyata keçirdiyini bildirən Tokayev, Orta Dəhliz boyunca logistika infrastrukturunun və dəniz limanlarının modernləşdirilməsinin ölkəsinin prioritetləri arasında olduğunu vurğulayıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırıb.
O qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və TDT-yə qarşılıqlı etimadı, səmərəli əlaqələrin inkişafını və qardaş ölkələr arasında praktiki əməkdaşlığı təşviq edən mühüm bir təşkilat kimi baxır.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Kipr adada problemlərin uzunmüddətli və ədalətli həlli istiqamətində bütün tərəflərlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.
Sammitdə TDT-nin Baş katibi vəzifəsini başa vuran Kubanıçbek Omuraliyevə (Qırğızıstan) minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimovun (Özbəkistan) təyinatı təsdiqlənib.
Sammitin sonunda Türk Dövlətləri Təşkilatı 13-cü zirvə görüşünün birgə bəyannaməsi (Ankara bəyannaməsi) imzalanıb. 163 maddəlik bəyannamədə regional əlaqə və müdafiə sənayesindən ortaq əlifba və nəqliyyat dəhlizlərinə qədər geniş sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Siyasi       Tarix: 30 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər cəbhədən görüntülər ən son xəbərlər bugün krminal bu gun