Azərbaycan taekvondoçuları dünya birinciliyində 4 medal qazanaraq 2 rekordu yenilədilər

Azərbaycan taekvondoçuları dünya birinciliyində 4 medal qazanaraq 2 rekordu yenilədilərBolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb.
KONKRET.az-ın Taekvondo Federasiyasına istinadən məlumatına görə, yarışın son günü də Azərbaycan millisi üçün uğurlu alınıb.
Aktivində 1 qızıl və 1 bürünc medal olan yığmamızın bu gün daha 2 taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Milli üzvlərindən Bahadur Dostuyev çıxışını mükafatla yekunlaşdırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı debüt görüşündə polşalı Yakub Soltsiakı məğlub edib – 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) da güclü olub (2:0).
Taekvondoçumuz yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından Bahadur bürünc medala yiyələnib.
Onun uğurunu Yunis Hüseynov (61 kq) da təkrarlayıb. Həmyerlimiz ardıcıl olaraq livanlı Joey Yusif, hindistanlı Gitiş və monteneqrolu Enes Duşkini mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.
Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Mehdi Budaqlı yeniyetmələrin mübarizəsində ölkəmizə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb. İndiyədək komandamız heç bir dünya birinciliyində 4 mükafata sahib olmamışdı. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınmışdı. Həmin mundialı yığmamız 2 gümüş və 1 bürünc medalla bitirmişdi.
Yığmamız oğlanların komanda hesabında 4-cü olub. Azərbaycanlı referi Aygül Abdullayeva isə mundialın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, milli avqustun 2-də Vətənə qayıdacaq. Onları gətirəcək təyyarə saat 01:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək və komandanın qarşılanma mərasimi olacaq.

İdman       Tarix: 31 iyul 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun bu gune olan xeberler xəbərlər