"Azərbaycan torpaqlarını daha tez qaytarsaydıq, bu gün sülh üçün yalvarmazdıq" - Arutyunyan
"Biz həmişə əmin olmuşuq ki, Rusiya problemlərimizin həllinə kömək edəcək. Həmişə başqalarına güvənmişik, amma heç kim bizə kömək etmədi. Bu gün başa düşməliyik ki, əgər regionda sülh şəraitində yaşamaq, problemsiz yaşamaq istəyiriksə, qonşularımızla vasitəçisiz danışıqlar aparmalıyıq".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni hüquq müdafiəçisi Vardan Arutyunyan deyib.
O, həmçinin əlavə edib:
"Tarix yaxşı müəllimdir. Əsas odur ki, öyrənmək istəyi olsun, əks halda heç bir məktəb bizə kömək etməyəcək. Biz həmişə bilmişik ki, seçdiyimiz yol bizi ölümə aparacaq. Nəticədə biabırçı məğlubiyyət aldıq. Problemlərimizdə nə Rusiyanı, nə də Azərbaycanı günahlandırmaq lazım deyil. Səhvlərimizin əvəzini ödəyirik", – deyə Arutyunyan bildirib.
"Əgər biz Azərbaycan torpaqlarını daha tez qaytarsaydıq, sakit, dinc yaşayardıq. Və bu gün sülh əldə etmək üçün yalvarmazdıq. Siz soruşursunuz ki, mən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını real hesab edirəmmi? Əlbəttə. Mən bunu təkcə real deyil, həm də məcburi, qaçılmaz və zəruri hesab edirəm. Başqa variantımız yoxdur. Əks halda yeni müharibə başlaya bilər", – deyə hüquq müdafiəçisi fikrini tamamlayıb.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ