Azərbaycan TŞ katibi: "Ermənistanda güzəşt limitinin tükəndiyini anlayırlar

Azərbaycan TŞ katibi: "Son həftələr Ermənistan rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar".
azxeber.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Ramil Usubov qeyd edib ki, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur: "Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var".
"Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir.
Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi", - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
"Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, "ağıllı kəndlər" salınır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi irs bərpa edilir, bölgənin mədəni-mənəvi inciləri yenidən həyata qayıdır, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar inşa olunur. İşğalın amansız terroruna məruz qalan Şuşada məhz bu himayənin və qayğının nəticəsində indi elə bir həftə yoxdur ki, beynəlxalq tədbir, festival, görüş keçirilməsin", - R.Usubov qeyd edib.
O, vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun hər qarışında quruculuq, intibah və təhlükəsizlik bərqərar olur: "Orada insanların istifadə edəcəyi bütün infrastrukturların normativləri, əslində, zamanı qabaqlayır və sabahın texnologiyalarına uyğunlaşdırılır.
Bunları Azərbaycan dövləti edir və ermənilərə də deyilir ki, gəlin, bu inkişafın, təhlükəsiz həyatın bir parçasına çevrilin.
Cənab İlham Əliyev bölgədə ədaləti və təhlükəsizliyi təmin etdi. Onun qurucu, yaradıcı missiyası isə Cənubi Qafqazda tərəqqinin və sabitliyin yeganə təminatçısıdır".
"Qərb ölkələrinin bölgədə həlledici amil kimi dəyərləndirdikləri Azərbaycan və onun qüdrətli Lideri öz uğurlu təşəbbüsləri ilə Avrasiya məkanının enerji, nəqliyyat, logistika təhlükəsizliyini yaradır, mühüm geostrateji əhəmiyyətə malik qlobal layihələrə müəlliflik edir.
İkiəsrlik münaqişəni 44 gündə həll edən Müzəffər Ali Baş Komandan indi Azərbaycanın inkişafının, təhlükəsizliyinin əsrlər boyu davam edəcək möhkəm təməlini formalaşdırır. 29-cu ildönümünü qeyd etdiyimiz Qurtuluşun ən böyük həqiqəti, təntənəsi də budur", - Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Siyasi       Tarix: 14 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun