Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - TƏHLİL

Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - TƏHLİLBu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü ciddi şəkildə hiss edilir. Əlaqələrin daha da sıxlaşdırılması, strateji müttəfiqlik bağları bölgəmizdə proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.
Azərbaycan-Türkiyə qardaşlığı daha bir möhtəşəm tarixi ana şahidlik etdi. Martın 5-də Ankarada Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Bu mühüm tədbirdə Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Dövlət başçıları bir daha dünyaya iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu, bölgəmizdə və daha geniş coğrafiyada Azərbaycan-Türkiyə tandeminin artıq bir güc mərkəzi halına gəldiyinin siqnallarını verdilər.

KONKRET.az Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Avrasiyanın enerji xəritəsini dəyişdirən layihələr
Prezident İlham Əliyev çıxışı zamanı iki ölkənin birgə reallaşdırdığı meqaenerji layihələrini xatırladaraq, bu addımların Avrasiyanın enerji xəritəsini dəyişdirdiyinə vurğu edib. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycandan Türkiyə ərazisi ilə gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir:
"Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatıb. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək".
İki ölkə arasında nəqliyyat əlaqələrinə toxunan Prezident bildirib ki, bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir:
"Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir".

Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə və Azərbaycanın sülhün, sabitliyin, rifahın tərəfində olduğunu deyib:
"Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik".
Azərbaycan-Türkiyə birliyinin təsir gücü
Həqiqətən də bu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük bir coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü, artan nüfuzu ciddi şəkildə hiss edilməkdədir. İki ölkə arasındakı əlaqələrin daha da sıxlaşdırılması, hər bir məsələdə ortaq mövqenin sərgilənməsi, strateji müttəfiqlik bağları bölgəmizdə cərəyan edən proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.

Bu məsələdə Türkiyənin hərbi və siyasi qüdrəti Azərbaycanın enerji resursları, tranzit imkanları ilə birləşərək vahid güc amilini formalaşdırır. Artıq bir çox beynəlxalq mərkəzlər bu güclə hesablaşmaq, onun maraqlarını nəzərə almaq və ən əsası, yerləşdikləri bölgədə istənilən addımı atarkən Bakı və Ankaranın razılığını almalı olduqlarını gözəl bilirlər.
Mühüm siyasi gediş
Naxçıvana Azərbaycan qazının qardaş Türkiyə üzərindən nəqlinin reallaşması isə tək sosial-iqtisadi deyil, həm də mühüm siyasi əhəmiyyətə malikdir. İki dövlət birlikdə qarşılarına çıxa biləcək əngəlləri, yaradılması mümkün süni maneələri məhz bu cür layihələrlə ortadan qaldırırlar. Söhbət təbii ki, tarixi qələbəmizdən sonra İrəvanın məsuliyyətsizliyi səbəbindən hələ də reallaşmayan Zəngəzur dəhlizindən gedir. Yeni qaz xəttinin çəkilişi həm də İrəvana Bakının yeni xəbərdarlığıdır. Öncə İran üzərindən Naxçıvana alternativ yolun inşasına başlanılması, indi isə Türkiyə üzərindən qaz xəttinin çəkilişi Ermənistanın düşdüyü dalandan çıxmaq şanslarını getdikcə sıfıra yaxınlaşdırır. Türkiyə-Azərbaycan birliyinin bölgədə sülh çağırışlarının nəzərə alınmaması Ermənistana çox baha başa gəlir.
Öncə vurğuladığımız kimi, bölgəmizlə bağlı proseslərin axarını məhz bu iki dövlət istiqamətləndirir. Eynilə Naxçıvana yeni qaz xəttinin çəkilişinin reallaşması kimi.
İkili münasibətləri fərqləndirən başlıca cəhət
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini bu dərəcədə güclü edən başlıca amil səmimiyyət və heç bir məqsəd güdmədən qarşılıqlı əməkdaşlıqdır.
Bakı ilə Ankaranın uzun illər hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin əsas problemi olan Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. İlk dəqiqələrdən etibarən Türkiyənin ali rəhbərliyinin haqq işimizə göstərdiyi siyasi və mənəvi dəstək işğal faktının ən qısa müddətdə aradan qalxmasında mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında da Türkiyə amili xüsusi qeyd edilməlidir. Azərbaycan isə istər qardaş ölkənin üzləşdiyi meşə yanğınları, istərsə də minlərlə can alan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin yardımına yetişən ilk ölkə oldu. Kahramanmaraş vilayətində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin maliyyə imkanları hesabına inşa edilən "Azərbaycan" məhəlləsində artıq son tamamlama işləri gedir. Burada zəlzələ nəticəsində hər şeylərini itirmiş minlərlə sakin məskunlaşacaq.

Türk dünyasına böyük töhfə
İndi iki qardaş ölkə qarşısında dayanan başlıca vəzifələrdən biri bu səmimi münasibətlərin bütün türk dünyasını əhatə etməsidir. Bakı və Ankara türk dövlətlərinin ortaq maraqlar, ortaq tarix və qardaşlıq bağları ilə münasibətlərinin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir. Azərbaycan hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, əbədiləşdirmək səylərini əsirgəmir.

Siyasi       Tarix: 08 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az