Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramına start verildi - FOTOLAR
"İslahatçı Gənclər" İctimai Birliyi və "Edu Time" Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramına start verilib.
Proqramın ilk günündə iştirakçılar İstanbul Aydın Universitetini ziyarət ediblər.
Ali təhsil ocağının rəhbərliyi Azərbaycandan gələn heyətə universitetdəki təhsil şəraiti və müasir texnologiyalar barədə ətraflı məlumat verib.
Bildirilib ki, İstanbul Aydın Universiteti (İAU) Türkiyənin ən nüfuzlu universitetlərindəndir və hazırda 40 mindən çox tələbəsi var. Qeyd edilib ki, İAU türk və xarici tələbələrin ən çox seçdiyi vəqf universitetidir.
Daha sonra azərbaycanlı müəllimlər "Təhsildə müasir texnologiyalar və sinif daxili təhsil strategiyaları" mövzusunda təlimdə iştirak ediblər. Azərbaycandan gələn təhsil işçiləri təhsildəki son akademik yeniliklər barədə məlumatlandırııb.
Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat verib. Təlim qarşılıqlı müzakirələrlə davam edib.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan - Türkiyə Təhsil İşçilərinin Peşə - Təcrübə Proqramında Bakı, Sumqayıt və Naxçıvan Muxtar Respublikasından məktəb rəhbərləri və müəllimlər iştirak edir.














/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"