Azərbaycan Türkiyənin zəlzələdən zərərçəkən bölgəsinə 3000 məktəbli dəsti göndərib

Azərbaycan Türkiyənin zəlzələdən zərərçəkən bölgəsinə 3000 məktəbli dəsti göndəribDiasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu qardaş Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.
Bu barədə azxeber.com-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, "Biz birlikdə güclüyük" devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub.
Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsi olub.
Azərbaycan Gömrük-Sərhəd Buraxılış Məntəqəsindən qardaş ölkəyə yola salınmış humanitar yardıma 3000 məktəbli dəsti daxil edilib.
Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimində Arsuz rayonunun İcra Hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Dr.Asaf Güven və Arsuz milli təhsil qurumunun müdiri Əhməd Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə millət vəkili olmuş Bayram Türkoğlu, TBMM-də AKP-in Hatay üzrə millət vəkilləri Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və başqaları iştirak ediblər.
Mərasimdə qardaş Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə ölkəmizə təşəkkürünü ifadə edib və bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövləti Hatayda yaşayan uşaqları sovqatla sevindirməkdən böyük məmnunluq və xoşbəxtlik duyur: "Bu uşaqlar təkcə Türkiyənin deyil, Azərbaycanın da uşaqları və gələcəyidir".
Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri və qonaqlar "bir millət, iki dövlət"in hər zaman bir-birinin yanında olduğunu məmnuniyyətlə vurğulayıblar. Qeyd edilib ki, mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksək olan hədiyyələrin təqdim olunması həm iki dövlətin vətəndaşlarının bir arada olmasının, həm də zəlzələdən zərər çəkmiş insanların və övladlarının sevincini və kədərini bölüşməsinin sübutudur.
Sonra məktəbli dəstləri I sinfə gedəcək şagirdlərə və valideynlərə təqdim olunub.
Tədbir iştirakçıları, valideynlər və uşaqlar bu çətin günlərdə Hataydakı uşaqların məktəb qayğısını düşündüyü və övladlarını sevindirdiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildirən valideynlər bildiriblər ki, zəlzələdən sonra bu cür köməyə çox ehtiyac vardı.
Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.

Sosial       Tarix: 01 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri