"Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir" - ŞƏRH

"Son dövrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimallarının artması ilə bölgədə sülh və sabitlikdə marağı olmayan güclər aktivləşməyə başlayıb. Fransa və İrandan, o cümlədən Avropa Parlamentindən gələn təhrikedici dəstək fonunda erməni tərəfinin daha çox hərbi ritorikaya üz tutması, revanşist mövqeni sərtləşdirməsi müşahidə olunur". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 
Deputat qeyd edib ki, təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlıları da öz töhfələrini verməkdədir: "Kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sülhməramlıların birbaşa nəzarəti altında Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməyə başlanması, habelə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların himayəsində döyüş mövqelərinə hərbi daşımaları davam etdirməsi məhz sülhməramlı missiyanın proteksiyasında reallaşan açıq təxribatdır və bölgədə gərginliyi artıraraq yeni hərbi qarşıdurmaya rəvac verir".
B.Məhərrəmov deyib ki, aydındır ki, Rusiya sülhməramlılarına Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil: "Bu cür qeyri-adekvat davranışlar isə sülhməramlıların əsl "məramı" ilə bağlı haqlı suallar ortaya çıxarır. Üstəlik nəzərə alaq ki, sülhməramlıların bölgəyə gəlişinin hüquqi bazisi olan üçtərəfli bəyanatın 4-cü maddəsinin özünün legitimliyi barədə mübahisəli məqamlar var. Belə ki, sənədin 4-cü maddəsində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Aktın imzalanmasından təqribən iki il yarım keçməsinə baxmayaraq üçtərəfli razılaşmanın bu bəndinin şərtləri hələ də icra olunmayıb. Digər tərəfdən Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hələ də Ermənistanın fərari ordusunun hissələri, habelə qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur və faktiki olaraq yeni təcavüzkar hərbi aktlara hazırlaşırlar. Üçtərəfli Bəyanatın qarantoru olan Rusiyanın sülhməramlı kontingenti isə bu təhlükəli tendensiyaya göz yummaqla, habelə ermənilərə açıq dəstək verməklə bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Rusiya sülhməramlıları missiyası bu tip davranışlarla özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparmaqdadır. Lakin hər kəs anlamalıdır ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil olan Azərbaycan 90-cı illərin Azərbaycanı deyil və 44 günlük savaş və sonrakı dövr bunun əyani sübutudur".  
"Əlbəttə, biz bütün dünya dövlətləri ilə, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu tərəfdaşıq və bu ölkə ilə münasibətlərimizin inkişafı və dərinləşməsində maraqlıyıq. Həmçinin istər Vətən müharibəsi dövründə, istərsə də sonrakı periodda Rusiya Prezidentinin tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyi də çox yüksək qiymətləndiririk. Lakin sülhməramlıların Rusiya ilə Azərbaycan arasında mövcud yüksəksəviyyəli münasibətlərin ruhuna daban-dabana zidd olan davranışlarına dözümlü yanaşmaq kimi bir öhdəliyimiz yoxdur. Azərbaycan üçün ilk növbədə özünün milli maraqları önəmlidir və biz öz suveren ərazilərimizə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Əgər sülhməramlılar öz missiyalarının öhdəsindən gəlmirsə, yaxud daha dəqiq desək, qanunsuz prosesin bir hissəsinə çevrilirsə, Azərbaycan özü bu problemi həll etməyə məcburdur", - deyə deputat əlavə edib.
"Rusiya sülhməramlılarının erməni separatçılarına kömək etməsi sübut olundu. Artıq yəqin ki, 5 ilin tamamında Rusiya sülhməramlılarının mandatının uzadılmasından da söhbət gedə bilməz". 
Bu sözləri isə azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, Azərbaycan da bütün bu problemləri nəzərə alaraq, sülhməramlıların etmək olduqları, amma etmədiklərini görərək onların missiyasını öz üzərinə götürdü: "Artıq həmin o torpaq yolları da nəzəratə götürmək üçün yüksəklikləri ələ keçirdi və Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya Müdafiə Nazirliyi, sülhməramlıları buna etiraz etdi, amma biz öz müstəqil, suveren ərazilərimizdə suveren hüquqlarımızı yerinə yetiririk. BMT-nin 4 qətnaməsini də Azərbaycan 2020-ci ildə özü yerinə yetirdi. Belə çıxır ki, elə 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli razılaşmanın da müddəalarını yerinə yetirmək üçün Azərbaycan təkbaşına çalışmalıdır. Bunu da edir". 
R.Nurullayev qeyd edib ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır:
"Mən belə başa düşürəm ki, artıq Rusiya tərəfi də bu məsələdən dərs almalıdır. Ölkənin ərazi bütövlüyünə hörmət qoymaq lazımdır. Yoxsa sən tankına ağ bayrağı bağla, arxanca erməni silahlılarını o baş-bu başa daşı, orada yeni müharibə üçün zəmin yarat, bu, sülhməramlılıq deyil. Belə çıxır ki, Azərbaycan yaxın zamanlarda həm də Qarabağda artıq müəyyən lokal əməliyyatları həyata keçirib bu məsələyə birdəfəlik nöqtə qoymalıdır. Ardınca isə Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun Ermənistana keçən hissəsində də nəzarət-buraxılış məntəqəsini də tikməlidir". 
"Hesab edirəm ki, bu məsələ artıq həll olunacaq, bunun müzakirəsi belə olunmalı deyil, hətta deyərdim ki, nəzarət-buraxılış məntəqəsinin tikilməsi üçün də bütün hazırlıqlar edilib", - deyə deputat əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 27 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər son.xeber son xeberler 2026 xeberler azerbaycan