Azərbaycan UNESCO-nun şərtini qəbul etmədi

Azərbaycan UNESCO-nun şərtini qəbul etmədi</p> 
 <p>Bu günlərdə UNESCO-nun Qarabağa səfər üçün Azərbaycanın təklif etdiyi marşrutdan imtina etdiyinə dair məlumatlar yayılıb. Məlumatda deyilir ki, UNESCO Azərbaycanın Qarabağ bölgəsinə səfər üçün müraciət edib. Eyni zamanda, rəsmi Bakının erməni işğalı dövründə Ağdamdakı dağıntıları sənədləşdirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasının Ağdamdan keçməklə Xankəndiyə getmək təklifi ilə razılaşdığı bildirilib. O da qeyd olunub ki, UNESCO bu təklifdən imtina edib, Xankəndidəki abidələrin vəziyyətini qiymətləndirmək üçün yalnız həmin şəhərə getmək arzusunu ifadə edib. Lakin məlum olub ki, əsl həqiqət heç də belə deyilmiş.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, UNESCO Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərdə cəmi iki abidəyə baxış keçirəcəyini bildirib, bundan sonra isə dərhal Xankəndi şəhərinə gedəcəklərini vurğulayıblar.
Azərbaycan isə bunun əleyhinə çıxış edib. Azərbaycan tərəfi UNESCO missiyasının bu şərtlər daxilində bölgəyə səfərini qeyri-səmimi və qeyri-şəffaf adlandırıb. Beləliklə, Azərbaycan UNESCO-nun şərtini qəbul etməyib.
Xatırlatmaqda fayda var ki, işğal zamanı Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları mövcuddur. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. 44 gün davam edən müharibədə Azərbaycan qalib gəlib və Cənubi Qafqazda böyük imkanlar açılıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərə beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nun faktaraşdırıcı missiyasını da cəlb etmək istəyir ki, müvafiq monitorinq aparıb, öz rəyini versinlər. Azərbaycan tərəfi ilk gündən Azərbaycan Respublikasına nəzərdə tutulan UNESCO missiyasının həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb. Azərbaycan Respublikası torpaqlar işğal altında olduğu müddətdə bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində də israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb.
Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

Siyasi       Tarix: 21 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bugünki xəbərlər sonxeber.az son xeberler az