Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
"Keçmiş SSRİ respublikaları arasında yalnız Ermənistanda müddətli həqiqi hərbi xidmət 2 il idi. İndi isə bu müddət digər ölkələrdə olduğu kimi, Ermənistanda da 18 aya endiriləcək".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bu addım əsasən, Ermənistanın Azərbaycanla sülh sazişini paraflaması ilə əlaqədardır:
"Digər tərəfdən, Ermənistan hərbi xərclərini azaltmaq məqsədi ilə xidmət müddətini 6 ay qısaldır. Məcburi hərbi xidmət müddətinin 24 yaxud 18 ay olması Azərbaycan üçün ciddi məna kəsb etmir".
Ekspert vurğulayıb ki, iddiaların kökündə ermənilərin məğlubiyyət sindromu dayanır:
"Ermənistan tərəfində istənilən addımın, qəbul edilən qərarın Azərbaycan tərəfinin təzyiqi nəticəsində əldə olunduğu daim müzakirə mövzusudur. Bu, xüsusən son 5 ildə daha çox diqqəti cəlb edir. Səbəb, Ermənistanın məğlubiyyət sindromu ilə bağlı olan məsələdir. Ermənilər dövlətlərinin qəbul etdiyi istənilən qərarı Azərbaycanın təzyiqi ilə əlaqələndirirlər".
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, İrəvan tədricən peşəkar ordu sisteminin tətbiqinə başlayıb:
"Hər ölkənin öz seçimi, yolu var. Ermənilər artıq praqmatik, ağıllı qərarlar verməyə başlayıb. Onlar baxıb görür ki, insanı 2 il hərbi xidmətdə saxlamağın nə mənası var? Ermənistan yavaş-yavaş peşəkar ordu sisteminə keçir. Açığını desək, Ermənistan bəzi məsələlərdə Azərbaycandan da öndə gedir. Düşmən dövlət də olsa, demək lazımdır ki, hərbi sahədə qanunvericiliklə bağlı yenilikləri onlar bizdən daha operativ tətbiq edir".
Qeyd edək ki, Ermənistan parlamenti "Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, əsgəri heyət üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, dəyişikliklər 2026-cı il yanvarın 1-dən sonra qüvvəyə minəcək və yalnız 2026-cı il yanvarın 7-dən çağırılan müddətli hərbi qulluqçulara şamil olunacaq.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib