Əli Kərimli dövlətə xəyanət yolunu tutub' - Deputat

Əli Kərimli dövlətə xəyanət yolunu tutub' - Deputat"Qanun hamı üçün eynidir. Vəzifəsindən və mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında cavabdehdir. Bu həm iqtidar nümayəndələrinə, həm də də müxalifəti təmsil edənlərə aiddir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.  
O vurğulayıb ki, dövlətə xəyanət bir cinayətdir:
"Dünən vəzifəli bir şəxs fəaliyyətinə və göstərdiyi müəyyən xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırıla və ona etimad göstərilə bilər. Lakin sonradan əgər o, öz fəaliyyətində səhvlərə yol verirsə, dövlət əleyhinə zidd yollara düşürsə, sözsüz ki, onun əvvəlki xidmətləri heç bir əhəmiyyət kəsb etmir. Ramiz Mehdiyev haqqında deyilənlərə də aiddir. Yüksək postda uzun illər çalışmış, lakin son illərdə fəaliyyətində ciddi nöqsanlara yol vermiş bir insanın bu gün cəzalandırılması qanunlarımıza tamamilə uyğundur. Müxalifət müəyyən məsələlərə və problemlərə öz münasibətini bildirə bilər. Ancaq dövlətə xəyanət etmək, çevriliş cəhdləri göstərmək, müəyyən insanlarla əlaqədə olmaq və konstitusiyanın verdiyi hüquqları ciddi şəkildə pozmaq bir cinayətdir". 
Parlamentari qeyd edib ki, Əli Kərimli haqqında ciddi faktlar mövcuddur:
"Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Bu, araşdırmaların və tədqiqatların nəticəsidir. Əldə çox ciddi faktlar var. Araşdırmalar göstərir ki, Əli Kərimli həqiqətən dövlətə xəyanət yolunu tutub. O, xarici havadarları və onu dəstəkləyən xarici qüvvələrlə əlaqəyə girərək Azərbaycanda dövlət çevrilişi etmək, hakimiyyəti zorla ələ keçirmək təşəbbüsündə olub. Onun çıxışlarından da bunu aydın görmək mümkündür. O, dəfələrlə bu tip çıxışlar edib. Ancaq Azərbaycan dövləti humanist mövqe tutaraq lazımi vaxta qədər bu çağırışlara sərt reaksiya verməyib. Müxalifətin tərbiyə olunmasını və öz yoluna qayıtmasını məqbul hesab etmişdir. Lakin son hadisələr və əldə olan məlumatlar göstərir ki, artıq başqa çıxış yolu yoxdur".
"Əgər Əli Kərimli, Cəmil Həsənli və digər müxalifət nümayəndələri hakimiyyətin zorla ələ alınması barədə planlar hazırlayaraq çağırışlar edirlərsə, onlar mütləq həbsə məhkumdurlar. Bu mövqedə olan hər bir insan öz cəzasını almalıdır. Vətəninin, xalqının gələcəyi haqqında düşünən hər bir vətəndaş bu fikirdədir"-, deyə deputat bildirib. 
Şahanə Ziyad

Siyasi       Tarix: 05 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər son xeber.az idman xeberleri valyuta mezennesi