"Azərbaycan Uşaq Qaynar Xətti" ötən il ərzində 5 mindən çox uşağa dəstək olub
24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyəehtiyacı olan uşaq və valideynlərə açıqdır
"Azercell Telekom" MMC-nin, UNICEF Azərbaycanın və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimaiBirliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən "Azərbaycan UşaqQaynar Xətti"nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatdayaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə dəövladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideynmüraciət edir. Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onlarınproblemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz- 7/24rejimində xidmət göstərir.
2022-ci ilərzində Uşaq Qaynar Xəttinə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaqzorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilksıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdənfərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydəalınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasındainternetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan"Azercell Telekom" MMC internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdənqorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusidiqqət ayıraraq silsiləvi tədbirlər təşkil etməyi qərara alıb.
Zənglərin ümumi təsnifatına gəldikdə, QaynarXəttə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil,14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatədairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri iləyanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxilolub.
Müraciətedənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyacolduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. 19 ailəyəvə 8 təhsil ocağına təcili-təxirəsalınmaz səfərlər təşkilolunub.
Xatırladaqki, "Uşaq Qaynar xətti"nə 116111 qısa nömrəsi, +994 50 68022 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektronpoçtu, "Facebook" və "Instaqram" sosial şəbəkələri, mərkəzin saytındakı canlıçat və "uşaqqaynarxetti" mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu