Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
azxeber.com xəbər verir ki, Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.
Bu təşəbbüs Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil