Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunubAzərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib.
azxeber.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İqlim Məsələləri üzrə nümayəndəliyindən verilən məlumatda qeyd olunub.
Hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.
Sənəd ötən il Braziliyada keçirilən COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilmiş mandat əsasında Azərbaycanın, Braziliyanın, Türkiyənin və Avstraliyanın birgə əməkdaşlığı ilə hazırlanıb.
Hesabatın hazırlanması çərçivəsində 2026-cı il ərzində dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Bu müzakirələr Bakı və Şamaxı da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib. Bundan əlavə, müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimat nəzərdən keçirilib.
Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma sahələrində istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.
Sənədin rəsmi təqdimatının noyabrın 16-da COP31 çərçivəsində Antalyada keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacağı bildirilir.

Sosial       Tarix: 10 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı

Azərbaycandan İndoneziyaya neft ixracının həcmi təxminən üç dəfə artıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Xəzərdə böyük oyun: Nə baş verir?

Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazd

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Hikmət Hacıyev Televiziya və Radio Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Radiosunun 100 illik yubileyi və Televiziya və Radio Günü münasibətilə paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabınd

Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMA

Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının kimyəvi nişanlanmasının tətbiqi əlavə xərclərin yaranmasına səbəb ola bilər. Belə ki, bu proses üçün xüsusi kimyəvi maddələrin alınması, yanacağa vurulması, saxlanmas

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Şahbuza qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. "Unikal"-a istinadən xəbər verir ki, rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyün


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun valyuta mezennesi banklar krminal bu gun cəbhədən ən son xəbərlər