Azərbaycan və Ermənistan kommunikasiyaların açılması üçün addımlar müəyyən edib
Azərbaycan və Ermənistan regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımlar müəyyən edib.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.
"Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır", - Ş.Mişel qeyd edib.
Onun sözlərinə görə, işçi qruplara konkret icra qrafiki əsasında dəmir yolu əlaqəsinin açılması və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılıq əldə etmək tapşırılıb.
"Tərəflər bunun üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa da razılaşıblar", - Aİ Şurasının rəhbəri əlavə edib.
///Report / azxeber.com

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi