"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Moskvada da keçiriləcək" - Yeqoyan
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Moskvada da keçiriləcək.
KONKRET.az xəbər verir ki, bunu mayın 2-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Arman Yeqoyan deyib.
"İlkin razılaşma var və ona uyğun olaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü Moskvada da keçirilməlidir", – deyə o qeyd edib.
Vaşinqtonda xarici işlər nazirlərinin görüşlərinin bir neçə gün davam edəcəyi ilə bağlı da Yeqoyan fikir bildirib.
"Bu, danışıqların məzmunundan asılıdır. Danışıqlardan ən böyük gözləntiləri Ermənistan tərəfi gözləyir. Məzmun, mətn baxımından sitat gətirməyimi istəyirsinizsə, indi bu, çətin ki, mümkün olsun. Gözlənilən Moskva görüşünün dəqiq tarixi hələ ki, bilinmir", – deyə Yeqoyan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi