"Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsi hazırlamağa başlayacaq" - Paşinyan AÇIQLADI
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov sülh müqaviləsinin konkret mətninin hazırlanması ətrafında müzakirələrə başlayacaqlar.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan medianın suallarını cavablandırarkən deyib.
"Ararat Mirzoyan vaxtlarda Azərbaycanın xarici işlər naziri ilə görüş keçirəcək və bu görüşdə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı substantiv müzakirələrə başlanmalıdır" – baş nazir bildirib.
Paşinyan hesab edir ki, bütün sınaqlardan keçməklə hələ də Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır. O, Ermənistanın əldə olunmuş razılaşmalardan imtina etmədiyini vurğulayıb.
Baş nazir bildirib ki, danışıqlar masası üzərində imzalanmağa hazır sənəd yoxdur: Oktyabrın 2-də xarici işlər nazirləri sülh müqaviləsinin mətni üzrə substantiv müzakirələrə başlamalıdırlar.
Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü baş tutacaq.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü