Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı oldu

Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olduNoyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib.
Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

Siyasi     Baxılıb: 258   Tarix: 13 noyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın yeni "diplomatik dostları": Taliban və Şimali Koreya daxil oldu, Azərbaycan və Ermənistan uzaqlaşır

Euronews nəşri Rusiyanın diplomatik prioritetlərinin dəyişdiyini yazıb. KONKRET.azxəbər verir ki, Moskva getdikcə daha çox avtoritar rejimlərə yönəlir və bunun nəticəsində Taliban, Şimali Koreya və İran Kreml üçün yeni stratej

Pezeşkian: "Netanyahu ABŞ-a İranın nüvə proqramı ilə bağlı yalan deyib"

İran heç vaxt nüvə bombası yaratmağa çalışmayıb. Bu barədə İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində bildirib. xəbər verir ki, Pezeşkian nüvə silahı istehsalının İslam dini il

Hikmət Hacıyevdən Rusiya AÇIQLAMASI

Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya d

Türkiyəli nazir Xankəndidən paylaşım edib

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu özünün "X" hesabında Xankəndidən paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "İşğaldan azad edilmiş bir şəhər - Xankəndi.Və arxamızd

Ermənistan Rusiyaya NOTA verdi

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfiri Sergey Kopyorkini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. KONKRET.azxəbər verir ki, buna səbəb Rusiya tərəfdən Ermənistanın son daxili siyasi proseslərin

Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Nazirlikdən -a verilən məlumata əsasən, başsağlığında deyilir: "Pençe-Kilit antiterro

Türkiyə Prezidenti: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır. APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib. Onun sözlərin

Rusiya Azərbaycana qarşı münasibətlərin pozulmasında "üçüncü qüvvə"ni günahlandırır

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Moskva ilə Bakı arasında son gərginliklərə görə məsuliyyəti guya "postsovet məkanından kənarda yerləşən üçüncü tərəf"in daşıdığın


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xeber.az 2025 cəbhədən son durum az xeber