Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq
Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq.
Bu barədə KONKRET.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadla xəbər verir .
Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.
Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.
Səfər çərçivəsində bir neçə dövlət qurumunda görüşlər də keçiriləcək.
Qeyd edək ki, Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə ötən ilin iyul ayında Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Bakı şəhərinə səfəri baş tutub və səfər çərçivəsində iyulun 13-də Bakı ilə Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb."Report"
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?