Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTO

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTOAzərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTO
"Uzaeronaviqasiya" mərkəzinin Dövlət Unitar Müəssisəsinin direktoru Doniyer Cumayevin başçılıq etdiyi rəsmi nümayəndə heyəti "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) ilə tanış olub.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Səfərin məqsədi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mülki aviasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi, həmçinin bu sahənin inkişafı üçün təcrübə mübadiləsi və sıx əməkdaşlığın qurulmasıdır.
Aeronaviqasiya sistemlərinin uyğunlaşdırılması və təkmilləşdirilməsi sahəsində dövlətlərimiz arasında əlaqələrin gücləndirilməsi Orta Dəhliz üzrə uçuşların təhlükəsizliyinin təmin edilməsi, habelə Asiyadan Avropaya yük və sərnişin daşımalarının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Həmçinin hava yolları şəbəkəsinin təkmilləşdirilməsi perspektivləri, ölkələr arasında gələcək əməkdaşlığın inkişafı və AZANS-dan məsləhət dəstəyinin göstərilməsi perspektivləri müzakirə edilib.
Qonaqlar uçuş təhlükəsizliyini təmin etmək üçün quraşdırılmış müxtəlif sistemlərlə tanış olublar. Onların arasında uçuşlara nəzarət etməyə kömək edən peykdən asılı avtomatik müşahidə sistemi də var idi. Həmçinin aeronaviqasiya məlumatlarının idarə edilməsi üçün avtomatlaşdırılmış sistem, vahid HHİ sisteminin əsas mərkəzi və inteqrasiya olunmuş simulyatorun texniki avadanlığı təqdim olunub.
Səfər çərçivəsində "Uzaeronaviqasiya" mərkəzinin Dövlət Unitar Müəssisəsinin HHİ mütəxəssislərinin hazırlanması məsələlərini müzakirə etmək üçün Milli Aviasiya Akademiyasında (MAA) da olublar.
Qeyd edək ki, "Azəraeronaviqasiya" HHİ Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə məşğuldur. AZANS hər gün 700-dən çox təyyarə uçuşuna xidmət göstərir, onlardan 500-ü ölkə üzərindən tranzit uçuşlar həyata keçirir. Azərbaycan ərazisi üzərində hər il 170 mindən çox tranzit uçuş həyata keçirilir.
1991-ci ildən "Uzaeronaviqasiya" Mərkəzinin Dövlət Unitar Müəssisəsinin HHİ hava marşrutları, yerli hava xətləri və mülki aviasiya aerodromlarında aeronaviqasiya xidmətlərinin təminatçısıdır. O, həmçinin Özbəkistan ərazisində və Özbəkistanın beynəlxalq müqavilələrinə uyğun olaraq idarəetməyə verilmiş ərazilərdə aviasiya əməliyyatlarını idarə edir.
Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTOAzərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTO/ oxu.az

Turizm       Tarix: 24 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az son xəbərlər bugün 2026 son xeber.az son xeber