Azərbaycan və Pakistanın kosmik agentlikləri Anlaşma Memorandumu imzaladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") Pakistanın Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası (SUPARCO) arasında Anlaşma Memorandumu imzalanıb.
KONKRET.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sənəd kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur. Buraya kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.
"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmos yönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
SUPARCO-nun sədri Amer Nadem bu memorandumun ölkələrimizin firavan gələcəyi naminə birgə fəaliyyətə geniş imkanlar yaradacağını vurğulayıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü