Azərbaycan və Qambiya XİN başçılarının görüşü oldu
Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
Xaici İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, nazirlər ikitərəfli və çoxtərəfli müstıvilərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə edilib.
Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq imkanları xüsusilə qeyd edilib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti