Azərbaycan və Rusiya XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDI

Azərbaycan və Rusiya XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDIAzərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə etdikləri məsələlər açıqlanıb.
Azərbaycan XİN-dən KONKRET.az-a bildirilib ki, təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.
Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.
Görüşün sonunda xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Siyasi       Tarix: 24 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugünkü son xəbərlər bugunun xeberleri cəbhədən son məlumat