Azərbaycan və Serbiya enerji əməkdaşlığına dair saziş İMZALAYACAQ

Azərbaycan və Serbiya enerji əməkdaşlığına dair saziş İMZALAYACAQ"Azərbaycan ilə Serbiya arasında enerji və mədənçilik sənayesi sahələrində əməkdaşlığa dair saziş imzalanması nəzərdə tutulur".
KONKRET.az xəbər verir ki, bu barədə report-a Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç bildirib.
"Serbiya ilə Azərbaycan enerji və mədənçilik sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazır olduqlarını bildiriblər. Bu sazişin imzalanması iki ölkə arasında dostluq münasibətlərinin və iqtisadi əlaqələrin daha da yaxşılaşmasına yeni təkan verəcək. Ümidvarıq ki, həmin saziş Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, Cənub Qaz Dəhlizi məşvərət şurasının 8-ci iclasında imzalanacaq" – deyə serbiyalı nazir qeyd edib.
O, sözügedən iclasda enerji daşıyıcıları mənbələrinin şaxələndirilməsində maraqlı olan daha çox ölkənin Azərbaycandan qaz idxal etməyə başlaya biləcəyinə inandıqlarını da dilə gətirib. Nazirin fikrincə, bu, Cənubi və Cənub-Şərqi Avropa ölkələrində enerji infrastrukturunun təkmilləşməsinə də dəstək olar.
Bütövlükdə enerji sektorunun, xüsusilə də yaşıl enerjinin beynəlxalq əməkdaşlıqda getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb: "Bizim qənaətimizcə, Serbiya və Azərbaycan bu sahədə əlaqələrini daha da genişləndirə, birgə layihələr imkanlarını araşdıra bilərlər".
Cənubi Qaz Dəhlizi (SGC) məşvərət şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.
Şahdəniz qaz yatağının istismarını və Azərbaycandan İtaliyayadək gedən qaz ixrac kəmərlərini əhatə edən SGC layihəsinin məqsədi Avropa İttifaqına qaz tədarükünü şaxələndirmək, təkcə bir qaz tədarükü mənbəyinə bağlı olan ölkələrin sayını azaltmaqdır. SGC-nin Avropadakı hissəsi olan TAP (Trans Adriatik boru kəməri) layihəsi 2020-ci ilin 31 dekabr tarixindən müntəzəm fəaliyyətə başlayaraq Azərbaycan qazının Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqlini həyata keçirir.

Sosial       Tarix: 31 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə en son xeberler bu gun valyuta mezenesi ən son xeberler