Azərbaycan və Şimali Kipr arasında əlaqələr daha da güclənəcək - Ersin Tatar

Azərbaycan və Şimali Kipr arasında əlaqələr daha da güclənəcək - Ersin TatarŞimali Kipr və Azərbaycan arasında əlaqələr, sevgi və hörmət getdikcə daha da güclənəcək.
KONKRET.az xəbər verir ki, bunu Bakıda Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Mədəniyyət və Təqdimat Günləri çərçivəsində tədbirdə çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib."Mən bugünkü tədbiri çox əhəmiyyətli sayıram. İnanıram ki, belə tədbirlər can Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək", – Şimali Kipr lideri vurğulayıb.
O diqqətə çatdırıb ki, Şimali Kipr xalqı hər zaman əzilib, onların hüquqları hər sahədə tapdalanıb: "Lakin xalqımız böyük müqavimət göstərib və bizi Türkiyədən ayırmaq istəyən qüvvələrə qarşı çıxıb.
Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır. Qarabağın işğaldan azad olunmasını nəzərdə tuturam. Bu gün biz ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, Baş Komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə bir daha ürəkdən Azərbaycan xalqını təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birinimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri bir-biri ilə çox sıx bağlıdır. 300 milyonluq türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün daha böyük addımlar atılacaq. Turan sevdasının gerçəkləşəcəyi arzusundayıq".APA

Siyasi       Tarix: 13 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari