Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülür

Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülürAzərbaycan və Tacikistanın dostluq münasibətləri əsrlərlə ölçülür və dərin köklərə söykənir. Azərbaycan və Tacikistan dövlətləri arasında qurulan diplomatik əlaqələr ötən əsrin 90-cı illərinə təsadüf edir. Belə ki, hələ ötən əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədi ilə Tacikistana yüzlərlə azərbaycanlı göndərilmişdir. Sovet dönəmində ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitədə işləyən vaxtı dəfələrlə Tacikistana kömək etmiş, orada bir sıra həyati problemlərin həll edilməsinə nail olmuşdur. 2008-ci ildə isə Azərbaycan Tacikistanda şaxtalı havalar ölkə iqtisadiyyatına ziyan vuranda bir milyon dollar məbləğində dost ölkəyə humanitar yardım etmişdir. 
Ölkələr arasında hər zaman mədəni əlaqələr olub. Tacik oxucuları Nizami Gəncəvi, Məhəmməd Füzuli və bir çox Azərbaycan klassiklərini sevərək oxuyublar. Bu gün də Azərbaycanlı şair və yazıçıların əsərləri tacik dilinə böyük tirajla tərcümə edilir. 
Bu il aprel ayının 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına növbəti dəfə rəsmi səfər edib. Bu səfərlər şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost ölkə olan Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində qeyd edib ki, "O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün, nə mümkündürsə, etdilər və buna nail oldular".
Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyədə qurulmasında hər iki dövlətlərin prezidentlərinin böyük rolu vardır.
İşgüzar görüş zamanı Azərbaycan və Tacikistan ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı da genişləndirmək qərara alınıb. 
Azərbaycan-Tacikistan dövlətləri arasında mədəni əlaqələrin qurulmasında atılan addımlar və bu sektorda görülən çoxşaxəli  işlərin nəticəsi kimi Azərbaycanın Gəncə və Tacikistanın Düşənbə şəhərlərinin qardaş şəhərlər olması mühüm faktorlardan biridir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır".
Adəm Babayev
Bakı Mühəndislik Universiteti, "YENİ Klub"un sədri / azxeber.com

Siyasi       Tarix: 11 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər sou xeberler cəbhədən son xeber son xeberler bugun 2026 azerbaycan