Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri KEÇİRİLİB

Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri KEÇİRİLİBBakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, məsləhətləşmələrin ilkin mərhələsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri baş idarəsinin rəisi Hayriye Nurdan Erpulat Altuntaşın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
Məsləhətləşmələrin əsas mərhələsində Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayevin, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
Görüş zamanı, iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Azərbaycan və Türkiyə arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında nəqliyyat və ticarət sahələri üzrə əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Y.Rəfiyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşlərdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Miqrasiya Baş idarəsinin rəsmiləri iştirak edib.

Siyasi       Tarix: 08 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər sou xeberler xeberler bu gun xeberler bugun