"Azərbaycan və Türkiyənin təşəbbüsü özünü doğruldur" - Politoloq
" class="imgbcode" />"3+3 formatı" 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Məqsəd region dövlətlərini iqtisadi-siyasi sahələrdə əməkdaşlığa cəlb etməkdir. Bu platformada növbəti görüş Tehranda keçirilib. İkinci dəfə təşkil olunan görüşə Gürcüstan qatımayıb. Bunun da obyektiv səbəbləri mövcuddur. Gürcüstanın Rusiya ilə problemi var və gürcülər işğal faktı aradan qalxmayınca 3+3 formatında iştirak etməyəcəklərini bəyan ediblər.
" class="imgbcode" />Məsələylə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Gürcüstan tərəfi Tehrana getməsə də, onların mövqeyi danışıqlarda iştirak edən dövlətlər üçün kifayət qədər bəllidir: "Gürcüstan da kommunikasiya xətlərinin açılmasına müsbət yanaşır və burada da öz maraqlarını güdür. Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı işbirliyi ən yaxşı iqtisadi-ticari münasibətləri özündə birləşdirir. Formatın əsas mahiyyəti kənar geosiyasi aktorların, regiondan minlərlə kilometr uzaqda yerləşən ölkələrin burada baş verən proseslərə müdaxilə imkanlarının azaldılmasıdır.
Göründüyü kimi, bu platformada Cənubi Qafqaz dövlətləri və eləcə də böyük və nüfuzlu beynəlxalq münasibətlər sistemində təsirli dövlətlər Rusiya, İran və Türkiyə təmsil olunur. Hətta əldə olunan razılaşma ondan ibarətdir ki, növbəti görüş Türkiyədə keçiriləcək. Ardınca Bakı və İrəvanda da bu cür görüşlərin davam etdirilməsi razılaşdırılıb. Gələcəkdə İrəvan və Ankara arasında da bir diplomatik açılım meydana gələ bilər. Sərhədlər açıla, diplomatik münasibətlər bərqərar ola bilər. Burada bir sıra ziddiyyətlər müzakirə edilir, onların həlli tapılır, konsensus əldə olunur. Bu baxımdan bu format təqdir olunmalıdır. Bu ideya həyati qabiliyyətlidir və gələcək perspektivləri də üzə çıxardır".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ