Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət - VİDEO

Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət - VİDEOFransa Senatında noyabrın 15-də bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair çağırışın yer aldığı qətnamə layihəsi ilə bağlı səsvermə keçiriləcək. Bununla əlaqədar olaraq Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Fransanın mesopinions.com petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib.
azxeber.com-un məlumatına görə, cəmi 10 gün ərzində toplanan imzaların sayı artıq 32 mini keçib.
Petisiya müəllifləri fransızlara müraciət edərək qətnamə layihəsinin Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edildiyini bildiriblər.
"Layihə müəllifləri münaqişənin sadəcə bir tərəfinin – erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlının ağrılı hisslərinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, təkcə bizi günahkar hesab edirlər".
Müraciətdə bildirilir ki, bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək, kəskin şəkildə qınamaq etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir.
"Senatın qətnamə təklifinin 21-ci bəndi Azərbaycanı "kütləvi cinayətlər" törətməkdə təqsirləndirir, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində işin araşdırılmasını tələb edir. 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri ən böyük şəhərlərimizdən biri olan Gəncəyə beş dəfə raket zərbələri endirib. Həmin ilin payızında Azərbaycanın bir sıra şəhərləri bombalandı. Həmin vaxt 50-si uşaq olmaqla 454 nəfər xəsarət alıb. Ölənlərin sayı 27 qadın və 12 uşaq olmaqla 93 nəfərə çatıb... Bunlar sadəcə rəqəmlər deyil. Onlar parçalanmış və ya dağılmış binaların dağıntıları altında öldürülmüş kiçik uşaqlardır. Məsələn, Narın Xaliqova cəmi 10 aylıq idi, Mədinə Şahnəzərovanın bir yaşı vardı, Məryəm Xəlillinin isə cəmi altı yaşı var idi... Lakin sivil Avropa bu uşaqların ölməsini görməzdən gəlməyi üstün tutdu. Son iki ildə Fransa Senatının heç bir üzvü bu kütləvi cinayətə görə məsuliyyət daşıyanların araşdırılması və cəzalandırılması üçün heç bir qınama və ya başqa bir çağırış səsləndirməyib! Gecə beşiklərində həlak olmuş, şikəst edilmiş Azərbaycan uşaqları senat üzvlərinin diqqətinə layiq deyilmi?!"
Senatın qətnaməsi ilə bağlı təklifin 20-ci bəndində Azərbaycan köçkünlərin (ermənilərin) geri qayıtmaq hüququna təminat verməsi ilə bağlı tələbə gəlincə, petisiya müəllifləri, Qarabağın işğal altında olduğu 30 il ərzində Fransa Senatının heç vaxt bu insanların geri qaytarılma hüququnu tələb etmədiklərini xatırladıb.
Fransa xalqına müraciətdə azərbaycanlılara qarşı başqa ayrı-seçkiliklərə də toxunan müəlliflər bunun səbəbinin Fransada dünyanın ən böyük erməni diasporunun olması ilə izah edib.
Sonda petisiyada səs vermək üçün addım-addım təlimat təqdim olunub.

Siyasi       Tarix: 24 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler