Azərbaycan Xarici İşlər Nazirliyi BƏYANAT YAYDI

Azərbaycan Xarici İşlər Nazirliyi BƏYANAT YAYDIAzərbaycanın UNESCO-ya üzvlüyünün 30 ili tamam olur. Ötən üç onillik ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz, iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib.
KONKRET.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.
Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb və növbəti illərdə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf etdirilib. UNESCO-nun məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycan bu gün UNESCO-nun ən fəal üzvlərindən biridir.
Ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Məhz Birinci vitse-prezidentin diqqət və dəstəyi ilə təhsil, mədəni irsin qorunması, Azərbaycanda və dünyada tarixi abidələrin bərpa və mühafizə olunması, mədəniyyətlərarası dialoq və digər sahələrdə Azərbaycan tərəfindən UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfələr verilib. Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib.
Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında UNESCO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib.
Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ – UNESCO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır.
Davamlı və dinamik iqtisadi inkişaf yolu keçən Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun nəcib missiyasını dəstəkləyir, UNESCO dəyərlərinin, eləcə də mədəniyyətlərarası dialoq və sülhün təşviqi ideyasının həyata keçirilməsi istiqamətində təşkilatla sıx əməkdaşlıq edir və donor dövlət kimi bir sıra birgə layihələr həyata keçirir. Ölkəmiz 2013-cü ildə UNESCO ilə imzalanmış Çərçivə sazişinə uyğun olaraq təsis edilmiş Etimad Fondu vasitəsilə Təşkilatın fəaliyyət istiqamətləri üzrə proqram və layihələrə öz dəstəyini göstərir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan COVID-19 Pandemiyasının təsirlərinin aradan qaldırılması məqsədilə UNESCO-nun təşəbbüsü ilə təsis edilən Qlobal Təhsil Koalisiyasına qoşulan və maliyyə töhfəsi verən ilk ölkələrdən biri olub.
Azərbaycan UNESCO ilə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası çərçivəsində fəal əməkdaşlıq edir. 2015-2019-cu illərdə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin üzvü olmuş Azərbaycan, 2021-ci ildən yenidən həmin Komitənin üzvləri arasındadır.
30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpası və mühafizəsi Azərbaycan hökuməti üçün prioritet təşkil edən məsələlər sırasında yer alıb.
Azərbaycan multikultural ölkədir, ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur və bütün dinlərin nümayəndələrinə və mədəniyyətinə hörmətlə yanaşılır.
Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Ölkəmiz, bundan sonra da UNESCO-nun dəyərlərinə sadiq qalmaqla Təşkilatın fəaliyyət istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam etdirəcəkdir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 03 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. . Novorossiysk şəhərində benzin tamamil

Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib. Paşinyan bu barədə brifinqdə danışıb. "Birinci variant ondan ibarətdi

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq. xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. Katz ABŞ və İsrailin İrana müştərək hücumlarının Tehranın strateji qabiliyyətlərin

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək


son xeberler azerbaycan xeberleri yeni xeberler dunyada son xeberler en son xeberleri ensonxeberler butun xeberler