Azərbaycan XİN başçısı Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqladı
"Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq".
azxeber.com xəbər verir ki, bu fikirləri "Haber Global"a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Bizim müşahidələrimiz bunun iki əsas səbəbini göstərir: sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir. Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik. Təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə burada bəlli ilkin şərtlər irəli sürməyə çalışdı. Onların ilki şərtlərinin detallarına varmayacam. Ancaq hesab edirəm ki, onlar qəbul edilməzdir. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır", - Ceyhun Bayramov əlavə edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti