Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan XİN bəyanat yaydıAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİNB) Azərbaycanın onuncu – on ikinci dövri hesabatlarına dair İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin yekun müşahidələri ilə bağlı bəyanat yayıb.
KONKRET.az-ın xəbərinə görə, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya (CERD) üzrə Komitənin bu yaxınlarda keçirilən sessiyasında iştirak etməkdən və Konvensiyaya uyğun olaraq onuncu – on ikinci dövri hesabatlarını Komitəyə təqdim etməkdən məmnunluq duyur. Azərbaycan çoxsaylı müxtəlif etnik, mədəni və dini qruplardan ibarət bir ölkə kimi onunla eyni multikultural dəyərləri təşviq edən CERD çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam sadiqdir.
Komitənin Azərbaycanın hesabatları ilə bağlı son yekun müşahidələrində qeyd edildiyi kimi, Azərbaycan CERD-in irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı məqsədinə çatmaq üçün müsbət addımlar atıb. Məsələn, 2017-ci ildən Azərbaycanda qaçqınların və vətəndaşlığı olmayan şəxslərin, eləcə də hər irqdən, etnik mənsubiyyətdən olan uşaqların hüquqlarını təmin etmək üçün Azərbaycan bir sıra hüquqi və siyasi tədbirlər həyata keçirib. 2018-ci ildə Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib və onun məqsədi tərəfdaş ölkələrlə təlimlər və mübadilələrin həyata keçirilməsi də daxil olmaqla, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətini artırmaqdır. Azərbaycan, həmçinin Komitənin bəzi tövsiyələrini özündə əks etdirən "İrqi ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi haqqında" qanun layihəsinin qəbul etməklə, ayrı-seçkiliyə qarşı öz daxili qanunvericiliyini daha da gücləndirməyə çalışır.
CERD Komitəsi, həmçinin Azərbaycanın irqi ədavətin qızışdırılmasına qarşı mövcud qanunlarını gücləndirmək üçün atdığı addımları, xüsusilə də Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklikləri vurğulayıb. CERD Komitəsi xüsusilə qeyd edib ki, bu düzəlişlər etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə daha sərt cəzalar tətbiq edir və zorakılıq və dini ekstremizmi təbliğ edən bu cür amillərin və məlumatların İnternet və Sosial Mediada yayılmasını qadağan edir.
Azərbaycan, həmçinin CERD-in pozuntularına görə məsuliyyətin təmin edilməsi, o cümlədən mümkün pozuntularla bağlı cinayət təhqiqatının başlanması və bunun üçün kifayət qədər əsas olduqda ehtimal olunan təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün birgə səy göstərmişdir. Bundan əlavə, Azərbaycan CERD tərəfindən qorunan əsas dəyərlərə sadiqdir və hər hansı milli və ya etnik qrupa qarşı nifrət və ya zorakılığı təşviq edən bəyanat və ya hərəkətləri qəbul etmir.
Azərbaycan, etnik, dini və ya mənsubiyyətindən asılı olmayaraq, müvafiq qanunlar və Konstitusiya ilə müəyyən edildiyi kimi ayrı-seçkiliyə yol verilmədən, o cümlədən azad edilmiş ərazilərdə mədəni, dini və tarixi irsin qorunmasında beynəlxalq standartlara riayət etməklə, mədəni irsin qorunmasına sadiqdir.
Azərbaycanın Komitəyə tövsiyə etdiyi kimi, Azərbaycan irs obyektlərinə girişlə bağlı yeni təhlükəsizlik tədbirləri həyata keçirib, obyektlərin vəziyyətinə mütəmadi olaraq nəzarət edir və tikinti briqadalarına yenidənqurma işləri zamanı ərazilərə ziyan vurma riskini minimuma endirmək üçün proseduralar barədə təlimatlar verib. Azərbaycan, bu yerlərin mühafizəsi üçün göstərdiyi səylərinin YUNESKO-nun texniki missiyası tərəfindən müstəqil nəzarətin təşkil edilməsinin önəmliliyi ilə Komitənin razılaşdığını görməkdən xüsusilə məmnun qalıb. Azərbaycan 2005-ci ildən əvvəl açıq şəkildə belə bir missiyaya çağırış edib və missiyanın mümkün qədər tez həyata keçirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Azərbaycan, 2022-ci ilin may ayında çoxsaylı konfessiyaların dini obyektlərinin qorunması üzrə səyləri yüksək qiymətləndirən İSESKO-nun oxşar missiyalarını alqışlayıb.
Yüz minlərlə məcburi köçkünün işğaldan azad edilmiş ərazilərə qayıtmasını həyata keçirməklə Azərbaycan işğaldan əvvəl regionda məskunlaşmış çoxmillətli və müxtəlif icmaların yenidən formalaşmasına da sadiqdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin aprelində səsləndirdiyi – "Azərbaycan və burada yaşayan bütün etnik qruplar, o cümlədən ermənilər sülh və ləyaqət içində yaşayırlar" – bəyanatı ilə ən yüksək səviyyədə təsdiq olunduğu kimi, Azərbaycan etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün açıqdır. Dövlət başçısı bəyanatında təsdiq etdi ki, "Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi… Azərbaycan dövləti tərəfindən təmin olunacaq".
Azərbaycan CERD Komitəsi ilə konstruktiv dialoqu qiymətləndirir və Komitənin fikir və tövsiyələrini müvafiq olaraq nəzərə alır. Azərbaycan irqindən, rəngindən, mənşəyindən, milli və ya etnik kimliyindən asılı olmayaraq öz ərazisində yaşayan hər kəsin hüquq və ləyaqətini bərabər əsasda dəstəkləməyə sadiq qalır, qlobal miqyasda irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması kimi yekun məqsədə nail olmaq üçün fəaliyyətini davam etdirəcəkdir".

Siyasi     Baxılıb: 352   Tarix: 31 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vaşinqton təxribatında Rusiya izi - ARAŞDIRMA

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlanan proseslər regionda yeni və çoxqatlı geosiyasi dinamika formalaşdırdı. Hadisə ilkin mərhələdə texniki və ya hərbi insident kimi qiymətləndirilsə də

Prezident Bruney Sultanını təbrik etdi

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:. "Əlahəzrət,. Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütü

Sabiq müdafiə nazirinin həyat yoldaşı məhkəməyə çıxarılacaq - Ermənistanda

Ermənistanın sabiq müdafiə nazirinin həyat yoldaşı daşınmaz əmlak saxtakarlığı işi üzrə məhkəməyə çıxarılacaq. xbər verir ki, prokuror 24 fevral 2026-cı il tarixində sabiq müdafiə naziri və müxalifət fraksiyası "Ermənistan"ı

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylini

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşdü - FOTO

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər. KONKRET.azxəbə

Azərbaycanla İran memorandum imzaladı

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.  xəbər verir ki, Azərbaycan Respublikas

Pezeşkian Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışdı

İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasındakı sülh sazişindən məmnunluğunu ifadə edərək, bu prosesi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı yolunda müsbət addı

Papikyan təcili İrana getdi: Nə baş verir?

Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikasına rəsmi səfərə gedib. xəbər verir ki, bu barədə nazir özü məlumat verib. "23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfərə gəldim",

Avropa İttifaqı Rusiya ilə bağlı QƏRAR VERDİ

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər. Lakin sənədin fevralın 23-də keçiriləcək iclasda təsdiqlənməsi ehtimalı azdır. KONKRET.azxəbər verir ki, b


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler en son xəbərlər bugün sonxabar bugünki xəbərlər