Azərbaycan XİN: 'Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir
Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.
Ermənistan tərəfinin artıq "ənənə" xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də həm, iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.
Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.
Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü