Azərbaycan XİN Ermənistanı ərazisinə yerləşdirdiyi minalarla bağlı dəqiq məlumat verməyə çağırıb

Azərbaycan XİN Ermənistanı ərazisinə yerləşdirdiyi minalarla bağlı dəqiq məlumat verməyə çağırıbBiz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumat verməyə çağırırıq.
azxeber.com xəbər verir ki, çağırış Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki paylaşımında yer alıb.
Paylaşımda qeyd olunur ki, bu gün, Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizlənməsinə Yardım Günündə qəbul edilən qətnamə dünya miqyasında milyonlarla mina qurbanının pozulmuş hüquqlarının tanınması və bərpası yolu ilə qlobal minalarla mübarizəyə tarixi yeni səviyyəyə çatmaq üçün yol açır.
Ermənistan tərəfindən ərazilərinin 3 onillikdə işğalı nəticəsində minalanmadan əziyyət çəkən ölkə kimi Azərbaycan mina qurbanlarının hüquqları ilə bağlı beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etmək üçün milli və beynəlxalq səviyyədə səylərini davam etdirəcək: "Biz, həmçinin, qətnamənin dövlətlərə mina əleyhinə minaların bütün insan hüquqlarının qorunması və təşviqinə təsirini aradan qaldırmaq üçün, o cümlədən, minalardan təmizləmə səylərini sürətləndirmək yolu ilə effektiv əməkdaşlıq etmə çağırışının vacibliyini vurğulayırıq.
Bu çağırışın, eləcə də humanitar hüquq üzrə öhdəliklərin yerinə yetirilməsi dövlətlərdən, xüsusən də münaqişədən sonrakı vəziyyətlərdə mülki şəxslərin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən mina sahələrinin xəritələşdirilməsinə kömək etmək üçün dəqiq məlumat təqdim etməyi tələb edir.
Bununla əlaqədar, biz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumatı verməyə çağırırıq".

Siyasi       Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler