Azərbaycan XİN Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa ÇAĞIRDI

Azərbaycan XİN Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa ÇAĞIRDIAzərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ABŞ-a səfəri çərçivəsində Nyu Yorkda bir sıra tədbilərə qatılıb və Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa çağırıb
Bu barədə KONKRET.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, nazir müavini 14 dekabr tarixində BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: islahat edilmiş çoxtərəflilik üçün yeni oriyentasiya" mövzusunda açıq müzakirələrə qatılıb və Azərbaycan adından bəyanat səsləndirib.
Çıxış zamanı, dövlətlərarası münasibətlər üçün əsas prinsiplərdən olan suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama öhdəliklərinin yerinə yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə cəzasızlıq münaqişələrin genişlənməsinə səbəb olan əsas amillərdəndir.
Nazir müavini qurumun Azərbaycanla bağlı qətnamələri 27 ildir icra olunmadığını vurğulayıb. Həmin qətnamələrdə Azərbaycanın suveren ərazisinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması tələb edildiyi xatırlanıb. 30 ilə yaxın müddətdə yüz minlərlə insan öz torpaqlarından didərgin salındığı, onların hüquqlarına məhəl qoyulmadığı və cəzasızlıq baş verdiyi bildirilib.
Çıxış zamanı xatırlanıb ki, 2020-ci ilin sentyabrında Ermənistanın genişmiqyaslı silahlı təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb, əməliyyat nəticəsində Azərbaycan ərazisi işğaldan azad edilib və bu əməliyyat Nizamnamənin 51-ci maddəsinə və Şuranın müvafiq qərarlarına uyğun olub.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistana münaqişədən sonra normallaşma əlini uzatdığını qeyd edib. O, Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa, ərazi iddialarına son qoymağa və diplomatik həll yolunda diqqətini birbaşa danışıqlara yönəltməyə çağırıb.
15 dekabr 2022-ci il tarixində xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT Baş Katibinin Avropa, Mərkəzi Asiya və Amerika qitəsi üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.
Bu il Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümünün qeyd olunduğunu vurğulayan nazir müavini, bu çərçivədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisi ilə birlikdə bir sıra tədbirlərin keçirildiyini qeyd edib.
Müqabil tərəf həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, Ermənistan tərəfindən bu təşəbbüslərə qarşı həyata keçirilən təxribatlar, o cümlədən ərazilərimizdə davam edən mina təhlükəsi barədə məlumatlandırılıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi ilə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılması və səmərəli regional əməkdaşlıq üçün əlverişli imkanın yarandığı və Ermənistan tərəfinin bu imkanları reallaşdırmağa imkan verməyən destruktiv addımlarından əl çəkməli olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin və bölgədə yaranmış yeni vəziyyətdə bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində 15 dekabr 2022-ci il tarixində Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən "Qrup 77 və Çin" təşkilatının Nazirlər İclasında iştirak edərək çıxış edib.
Çıxışında nazir müavini Pakistan xarici işlər nazirinə tədbirin təşkilinə və dəvətə görə minnətdarlıq bildirib. COVID-19 pandemiyasının dövlətlər üçün fəsadlarına toxunan F.Rzayev pandemiyanın xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyat, təhsil və səhiyyə sektoruna bərpası mürəkkəb olan zərərlər vurduğunu və bu vəziyyətdən yeganə çıxış yolunun əməkdaşlıq və həmrəylikdən keçdiyini vurğulayıb.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüsləri xatırladan F.Rzayev, pandemiyadan sonrakı qlobal bərpa prosesinin də Hərəkatın sədri olaraq Azərbaycanın diqqətində olduğunu və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasının keçiriləcəyini qeyd edib. QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyi vurğulanıb.
Nazirlər İclası çərçivəsində Fariz Rzayev həmçinin bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Siyasi       Tarix: 16 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün sonxəbər butun xeberler en yeni xeberler