Azərbaycan XİN Paşinyana cavab verdi

Azərbaycan XİN Paşinyana cavab verdi"Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir".
KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi.
Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb.
30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.
Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.
Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz buna səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır.
Lakin, Ermənistan Baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır", – Leyla Abdullayeva vurğulayıb.

Siyasi     Baxılıb: 448   Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Paşinyan hərbi xidmət müddətini azaldır - Bahalı ordu saxlaya bilmir, yoxsa...? - İLGİNC MƏQAMLAR

Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından etibarən icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb. Maraqlıdır, bu dəyişiklik Ermənistanın Qərb və ya Rusiya ilə hərb

Fransalı Le Pen prezident seçkilərinə buna görə buraxılmadı - Orban səbəbi izah etdi

Macarıstanın baş naziri Viktor Orban Fransada sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen-in prezident seçkilərinə buraxılmamasını onun qalib gəlmə ehtimalı ilə izah edib. Onun sözlərinə görə, məhkəm

Xaçaturyan: "Rusiya artıq Ermənistanı kiçik qardaş kimi görmür"

"Rusiya artıq Ermənistanı "kiçik qardaş" kimi qəbul etmir, ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub". xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsind

Paşinyan Putin və Pezeşkianla nə barədə danışdığını AÇIQLADI 

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və bu yaxınlarda keçirilmiş görüş zamanı avqustun 8-də Bakı ilə əldə olunan Vaşinqton razılaşmalarını müzakirə edib. xəbər verir ki

Mirzoyan: "Delimitasiya və demarkasiya ilə bağlı yeni xəbərlər ola bilər"

"Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər". xəbər verir ki, xəbər verir ki, bunu ölkənin xarici işlər nazir

Makron iki seçim qarşısında: "Ya yeni hökumət qurmalı, ya da..."

Fransa hazırda xroniki siyasi qeyri-sabitlik və artan maliyyə çətinlikləri ilə üz-üzə qalıb. Ölkədə hökumət böhranı dərinləşir, bir neçə baş nazirin tez-tez dəyişdirilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır

Ərdoğan: İsrailin hücumu Netanyahu hökumətinin niyyətidir

"İsrailin hücumu Netanyahu hökumətinin niyyətini üzə çıxarıb". . APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin HAMAS nümayəndə heyətinə hücumuna münasibət bildirərkən deyib

Paşinyan "Zəngəzur dəhlizi" ifadəsinə münasibət bildirdi

"Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığın

Azərbaycan və İtaliya investisiya əməkdaşlığını müzakirə etdi

Azərbaycan və İtaliya iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. xəbər verir ki, bununla bağlı müzakirələ


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xeberler az xəbərlər.com son xeberler bu gun