Azərbaycan XİN: Paşinyanın 'France 24"ə müsahibəsi sülh prosesinə növbəti zərbədir

Azərbaycan XİN: Paşinyanın 'France 24Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın "France 24" telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir:
"Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, "Qərbi Azərbaycan İcması" üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır".
Vurğulanıb ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub:
"Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir".
Rəsmi Bakı müxtəlif beynəlxalq platformalardan istifadə etməklə Azərbaycana qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, N.Paşinyan fevralın 22-də "France 24"ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib.

Siyasi       Tarix: 23 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag xeberler cəbhədən xəbər xeberler bugun 2026