Azərbaycan yeni mərhələdə: İslahatlarla bağlı mühüm AÇIQLAMA

Azərbaycan yeni mərhələdə: İslahatlarla bağlı mühüm AÇIQLAMA"Bütün siyasi qüvvələr, həm də xalq yeni prezident seçiləndən sonra islahatların keçirilməsini səbirsizliklə gözləyir. Şübhəsiz ki, ciddi kadr dəyişiklikləri, kadr islahatları olacaq. Cənab Prezident özü bildirib ki, indi yeni dövr, yeni dönəm başlayır. 20 illik Prezidentlik dövründə torpaqlarımızın bütövləşməsinə nail oldu, dövlət suverenliyimiz bərpa edildi. Əlbəttə ki, indi Qarabağda və Zəngəzurda quruculuq işləri, hərbi qüvvələrin möhkəmləndirilməsi ilə yanaşı çox ciddi siyasi və iqtisadi islahatlara ehtiyac var. Bundan sonra necə olacağı barədə verəcəyim proqnoz özünü doğrultmaya da bilər. Lakin arzularımı bildirirəm ki, islahatlar yuxarıdan başlasın. Ən yüksək səviyyədə paralel strukturlar ləğv edilsin və ya birləşdirilsin, keyfiyyət göstəriciləri yüksək olan kadrlar qalsın".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Azərbaycan yeni mərhələdə: İslahatlarla bağlı mühüm AÇIQLAMADeputat Konstitusiyaya dəyişikliklər edilməsini istəyir: "Bir sıra yerli hakimiyyət orqanlarında struktur, sistem dəyişikliyinə ehtiyac var. Eyni zamanda parlament seçkilərində proporsional seçki sisteminin bərpası arzuolunandır. İqtisadi sistem elə qurulsun ki, inhisarçılıq aradan qalxsın. İnsanların sərbəst qazanmaq imkanları olsun. Xalqımızın qazanıb özünü dolandırmaq qabiliyyəti var. Sərhədlər açılarsa, inzibati nəzarət götürülərsə, kiçik və orta sahibkarlıq, fermer, kənd təsərrüfatı inkişaf edə, xırda sexlər, sənaye obyektləri açıla bilər. Həmişə əvvəl də müqayisə etmişəm ki, Bakı Berlindən çox gözəldir. Amma Berlində yaşayanlar Bakıda yaşayanlardan on dəfə zəngindir. Yəni zahiri məsələlərə az fikir verək, əsas diqqəti xalqın rifah halının yüksəldilməsinə yönəldək. Mən heç vaxt razı olmamışdım ki, "butka"lar yığışdırılsın, 50 min ailə birdən-birə müflis hala düşsün, yaxud taksilər yığışdırılsın. On minlərlə taksi sürücüsü çətinliklə üzləşdi. Əsas camaatı dolandırmaq, ona çörək verməkdir. Böyük problemlərimizi həll etmişik. Adambaşına düşən məhsul istehsalına görə də regionumuzda, dünyada önə çıxmalıyıq. Hesab edirəm, qazandığımız siyasi və hərbi dividendləri indi iqtisadi sahəyə, sosial problemlərin həllinə yönəltməliyik. Artıq vaxtdır ki, hüququn aliliyini özümüz təmin edək. Mən Qərbin demokratiyasına heç vaxt inanmamışam. Milyarderlərin, müstəmləkəçilərin, başqa xalqları öldürənlərin nə demokratiyası ola bilər ki? Onlar demokratiyadan dəyənək kimi istifadə edirlər. Öz demokratiya anlayışımız olmalıdır. Öz içimizdə sosial ədaləti daha çox təmin etməliyik. Azərbaycan xalqına və Prezidentinə güvənirəm ki, bu islahatları Allahın izni ilə həyata keçirəcək. Prezidentimiz ən kamil çağını yaşayır. Həm öz şəxsi yaşı, həm dövlətçilik təcrübəsi çox böyük əhəmiyyət daşıyır. Dünyada da bunu qiymətləndirirlər".

Siyasi       Tarix: 09 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeberler azerbaycan enson xeberler cəbhədən son vəziyyət