Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olarƏrdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttində yaşanan son gərginliklər baxımından fərqlənir.
Gərginlik səngisə də, tamamilə aradan qalxdığını demək çətindir. Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankara zirvəsinə getməməsi bunu deməyə əsas verir. Ərdoğanın Azərbaycana səfərlə bağlı verdiyi açıqlamasında "Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur" sözləri də problemlərin olduğuna işarə edir.
Buradan iki nəticə çıxarmaq olar.
Əliyev Ankaraya getməməklə Türkiyədə son illər Azərbaycana qarşı artan xətlə davam edən hücumlar qarşısında konkret mövqe sərgilədi: bunu Azərbaycanın "qırmızı xətləri"nin nümayiş etdirilməsi kimi də qəbul edə bilərik;
Ərdoğan Bakıya gəlməklə Azərbaycanla yaranmış gərginliyin tamamilə aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirir;
Artıq səfərlə bağlı diplomatik təmasların olduğu məlumdur. Ərdoğan MİT və XİN rəhbərlərini Bakıya göndərdiyini, Əliyevlə telefon danışıqlarının olduğunu bildirib. Hadisələrin inkişafı, regiondakı proseslər və bu diplomatik trafik fonunda istisna edilməməlidir ki, Bakı-Ankara xəttindəki gərginliyin daha dərin qatları var. Bunu da yalnız liderlər müzakirə edə, ortaq mövqelər tapa bilər. Ərdoğanın Bakı səfəri bu baxımdan əhəmiyyətli olacaq.
Asif Nərimanlı

Siyasi       Tarix: 05 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 futbol xeberleri xeberler bugun son xeberler bu gun