DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesiPrezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib.
azxeber.com saytı Məleykə Abbaszadənin dosyesini təqdim edir:
Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. 
M.Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunub. 
Prezident İlham Əliyevin 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - "Abituriyent" jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanıb. O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan "Abitiriyent" jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100-ə yaxın müxtəlif adda dərs və metodiki vəsaitlərin həmmüəllifidir.
Əhalinin abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə respublikanın 8 bölgəsində TQDK-nın regional mərkəzləri açılıb, qəbul imtahanlarının ölkənin 11 bölgə mərkəzində keçirilməsinə başlanılıb.
M.Abbaszadə TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatçısı olub.
Məleykə Abbaszadə Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə "Şöhrət" ordeni, 21 fevral 2023-cü il tarixli Sərəncamı ilə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M.Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü təyin edilib.
M. Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
İki övlad anasıdır, beş nəvəsi var.

Sosial       Tarix: 19 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakı

Embawood'un anbarından meyit tapıldı

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb. Məlumata görə, 50 yaşl

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevi

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Göygöldə evdən meyit tapıldı

Göygöldə evdən meyit tapılıb. 1958-ci il təvəllüdlü G.Həmzəyevin qeydiyyatda olduğu evdən meyiti tapılıb. O, evdə tək yaşayırmış. Ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. /

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Dövlət gələn il daha çox pul xərcləyəcək – Yeni rəqəmlər açıqlandı

Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova gələn il üçün dövlət büdcəsinin gəlirlərinin cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat artırılaraq 39 milyar

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib


azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun xeber.az son xeberler oxu.az xeberler sou xeberler