Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edilməsi Ukrayna mətbuatında geniş işıqlandırılıb - FOTO
Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edilməsi Ukrayna mətbuatında geniş işıqlandırılıb - FOTO
Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik "İskəndər" raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın "Ukrinform", "İnterfaks-Ukrayna" informasiya agentlikləri, "Gordon" nəşri, "BBC News"un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu "1+1" və "İnter" telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanın "İskəndər" raketlərindən istifadəsini sübut edən qalıqları nümayiş etdirib. Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.
Xəbərlərdə "İskəndər" raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində "9M723" kod indeksi tam yoxlanılıb.
Yazılarda Ermənistanın Baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirləri sitat gətirilib, bu faktın həqiqət olduğu qeyd edilib.
Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında "İskəndər" raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.








Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi