Azərbaycana SENSASİON MÜRACİƏT: İranın yüksək vəzifəli rəsmisini HƏBS EDİN VƏ...
Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Yerusəlim Post (The Jerusalem Post) qəzeti yazıb.
Argentina hüquq-mühafizə orqanları İranın keçmi xarici işlər naziri, hazırda Ali dini lider Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayətinin 1994-cü ildə Buones-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzinə qarşı həyata keçirilmiş terror aktında iştirakına dair təkzibedilməz sübutlara malikdir. Vilayəti noyabrın 14-15-də Bakıda keçiriləcək ikinci Dini Liderlər sammitində iştirak edəcək.
Bununla əlaqədar olaraq Argentina Xarici İşlər Nazirliyi Azərbaycanın Buones-Ayresəki səfirini çağıraraq Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və Argentina tərəfinə təhvil verilməsinin təmin olunmasını tələb edib.
Argentina qanunvericiliyinə görə, ittiham olunan özünü məhkəmə qarşısında müdafiə etmək imkanında olmalıdır. Həmin terror hücumunu həyata keçirənlər iranlılar olduğuna və onların bir çoxunun hazırda İran siyasi eşalonunda yüksək postlar tutmasına görə 1993-cü ildə baş vermiş hadisəyə görə məhkəmə istintaqını irəli aparmaq mümkün olmur. Çünki həmin şəxslər Argentina torpağına ayaq basmadıqları üçün həbs edilməyiblər.
Məlumatda deyilir ki, Argentina XİN Vilayətinin Bakıdakı toplantıda iştirakının "dərin narahatlıq" yaratdığını bildirib və Azərbaycan tərəfini onun həbs olunub təhvil verilməsi üçün əməkdaşlığa çağırıb.
İran radikalları 1992-ci ildə Buones-Ayresdə İsrail səfirliyinin partladılmasında da günahlandırırlar. Həmin hücumda 29 nəfər ölüb, 242 nəfər yaralanıb. Həmin bombalı hücuma görə 2007-ci ildən bir qrup iranlı axtarışdadır. Onların arasında İraın Kolumbiyadakı keçmiş mədəniyyət attaşesi, molla Möhsün Rəbbani də yer alır. Rəbbani axtarışa veriləndən sonra həmin ölkəyə getməyib.
Argentna hüquq-mühafizə orqanları müəyyən ediblər ki, İsrail səfirliyinə və mədəniyyət mərkəzinə hücumun təşkilatçıları arasında Əli Əkbər Vilayəti ilə yanaşı keçmiş SEPAH rəhbəri Möhsün Rzayi və hazırda İran hakimiyyətində yüksək postlar tutan bir sıra digər yüksək rütbəlilər də olub. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib