Azərbaycanda 133 obyekt SÖKÜLÜB - SƏBƏB

Azərbaycanda 133 obyekt SÖKÜLÜB - SƏBƏBAzərbaycanda 133 obyekt SÖKÜLÜB - SƏBƏB
Turizm marşrutları boyunca yol kənarlarındakı obyektlərin təmiri istiqamətində görülən işlər açıqlanıb.
Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, layihələndirmə işləri ilkin olaraq Şimal-Qərb turizm koridoru üzərində yerləşən və bu koridorun tərkib hissəsi olan Bakı üzrə Binəqədi və Abşeron rayonlarında, eləcə də Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında aparılıb.
"Görülən işlərin əsas məqsədi qeyd olunan rayonlarda yerləşən ticarət və istirahət, həmçinin digər obyektlərin yenidən müasir tələblərə cavab verməklə layihələndirilməsi, layihəyə uyğun olaraq texniki, konstruktiv cizgilərlə təmin edilməsindən ibarətdir.
Birinci mərhələdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına Dövlət Turizm Agentliyi, rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə baxış keçirilərək 218 obyekt təsbit edilib. Bunlardan 108 obyektin qanunsuz tikilməsi və təhlükəsizlik amili nəzərə alınaraq sökülməsinə qərar verilib. Əsas hissəsi aşınmış yollar və yol mühafizə zonasına aid olan 218 obyektdən 110-nun yenidən layihələndirilməsinə qərar verilib. Hazırlanmış layihələr təqdim olunduqdan sonra layihədə nəzərdə tutulan işlər sahibkarlar tərəfindən həyata keçirilib", - deyə qeyd olunub.
Vurğulanıb ki, əsas marşrut üzrə turistik iaşə obyektlərinin bir hissəsinin kiçik sahibkarlara məxsus olmasını, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və Qarabağ müharibəsi əlillərinin mövcudluğu faktorunu nəzərə alaraq Dövlət Turizm Agentliyi tərəfindən onlara həvəsləndirici amil olaraq zəruri inventar və qurğular ödənişsiz təqdim olunub:
"Belə qurğuların kiçik bir hissəsi (sanitar qovşaqlar, mətbəx köşkləri, müxtəlif formalı söhbətgahlar, manqalxana, təndir köşkləri, stollar, skamyalar, mobil meyvə köşkləri, gül dibçəkləri və s.) quruculuq işlərinə vəsait xərcləyən orta sahibkarlıq subyektlərinə də təqdim olunub.
İkinci mərhələdə DTA və digər müvafiq qurum nümayəndələrinin birbaşa iştirakı ilə Binəqədi və Abşeron rayonundan keçən əsas marşrut üzərindəki iaşə və sənaye obyektlərinə, eləcə də bir neçə fərdi evə baxış keçirilib. Sulutəpə dairəsindən Müşfiqabad qəsəbəsi də daxil olmaqla 185 obyekt təsbit edilərək bunlardan 25-i həm yararsızlıq və baxımsızlıq amilindən, həm də yol mühafizə zolağına girməsi səbəbindən RİH tərəfindən sökülüb, alternativ yer təklif və təqdim olunub.
Ümumən DTA-nın vəsaiti ilə 120 obyekt, RİH tərəfindən isə 50 layihə hazırlanaraq təsdiqlənib. Layihələr sahibkarlara təqdim olunub və onlar tərəfindən icra edilib. İşlərin yekunu marşrut üzrə reklam lövhələrinin, həmçinin yol məlumat nişanlarının quraşdırılmasını özündə ehtiva edir. Sahibkarlıq subyektlərinə DTA tərəfindən dizayn nümunələri təqdim olunub və icrasını sahibkarlar özləri həyata keçiriblər. Ümumi yolboyu məlumat nişanları isə DTA-nın vəsaiti əsasında yerləşdirilib". /oxu.az

Turizm       Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com