Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib - FOTO

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib - FOTO
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.
Nazir tədbirin işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında "AmCham Azərbaycan"ın səmərəli fəaliyyətini qeyd edib. ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan Birləşmiş Ştatlarla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə 257 ABŞ şirkəti fəaliyyət göstərir.
Qeyd edilib ki, ölkələrimiz investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir: "ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur".
Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri "AmCham Azərbaycan"ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.
Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən Mikayıl Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.
Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib: "Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır".
Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib - FOTOAzərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib - FOTOAzərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib - FOTO

Siyasi       Tarix: 21 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə