Azərbaycanda "Basketbol Hər Yerdə!" layihəsinə start verildi - FOTOLAR
"Sabah" Basketbol Klubu, "Azərlotereya" ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Basketbol Hər Yerdə!" layihəsinin rəsmi açılışı olub.
azxeber.com xəbər verir ki, layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.
Belə ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər barədə ətraflı məlumat təqdim edə bilərlər.
Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.
Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən "Beşdə 5" müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdiriblər.
Qeyd edək ki, "Azərlotereya" ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Şirkət, eyni zamanda, "Sabah" Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.







Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb