Azərbaycanda Belarus texnikasının yığılmasının çeşidinin genişləndirilməsi təklif olunur

Azərbaycanda Belarus texnikasının yığılmasının çeşidinin genişləndirilməsi təklif olunurAzərbaycanda Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasının çeşidini genişləndirmək lazımdır.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini İqor Petrişenko ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclası zamanı bildirib.
İ.Petrişenko dövlət başçılarının və hökumət başçılarının qarşıya qoyduğu əsas vəzifələri qeyd edib. "Birincisi, Gəncə Avtomobil Zavodunda texnikanın yığılması çeşidinin genişləndirilməsini, o cümlədən MAZ ASC-nin şassilərində xüsusi texnikanın birgə istehsalının və sərnişin elektromobillərinin birgə istehsalının bərpasını təmin etmək lazımdır. Bunun üçün Belarus texnikasının mövcud tam kataloqu əsasında modellər və kəmiyyət müəyyən edilməli və Azərbaycan müəssisəsi üçün müvafiq sifariş formalaşdırılmalıdır. İkincisi, Gəncə Avtomobil Zavodunda Belarusun traktor komplektlərindən traktorların istehsalının, o cümlədən üçüncü ölkə bazarları üçün, sistemli şəkildə artırılması üzrə işləri davam etdirmək lazımdır", - o deyib.
Baş nazirin müavini həmçinin Azərbaycanın şəhərlərində lift təsərrüfatının modernləşdirilməsi proqramları üçün Belarus liftlərinin tədarükü məsələsinin həyata keçirilməsini zəruri hesab edir. "Biz öz növbəmizdə Azərbaycan tərəfdən müvafiq maliyyənin ayrılmasına ümid edirik", - o əlavə edib.
İ.Petrişenkonun sözlərinə görə, aqrar və emal kompleksinin müəssisələri Belarus və Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü həcmini artırmalı, eləcə də ərzaq məhsullarının çeşidinin genişləndirilməsini təmin etməlidirlər. "Bunun əlaqədar iki ölkənin səlahiyyətli orqanları Belarus qida təhlükəsizliyi sisteminin ekvivalentliyinin tanınması və Belarus qida istehsalçılarının Azərbaycanın müvafiq reyestrinə daxil edilməsi məsələsini operativ şəkildə həll etməlidir", - o bildirib.
"Bundan əlavə, yaxın vaxtlarda Azərbaycanda qeydiyyatdan keçmiş müəssisə əsasında baytarlıq preparatlarının birgə istehsalı layihəsinin praktiki icrasına başlamalı, məhsulların qeydiyyatı və Azərbaycanda satışı ilə bağlı məsələlərin həllinə kömək etməliyik", - Baş nazirin müavini söyləyib.
O, həmçinin Belarusun layihə və tikinti təşkilatlarının iş və xidmətlərinin tələb oluna biləcəyi konkret sahələrin operativ öyrənilməsini vacib vəzifələr arasında göstərib.

Siyasi       Tarix: 15 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az